Modern.az

Deputatdan girovlarla bağlı həyacanlı AÇIQLAMA: “Şahbaz həyatını itirə bilər”

Deputatdan girovlarla bağlı həyacanlı AÇIQLAMA: “Şahbaz həyatını itirə bilər”

Aktual

29 Aprel 2015, 11:23

“Hazırda ermənilər çirkin əməllərini ortaya qoyublar. Onlar Azərbaycan vətəndaşının öz torpağına gəldiyinə görə girov götürüblər, üzərlərində saxta məhkəmə qurublar, heç bir əsası olmadan həbsxanada saxlayırlar, indi isə guya “humanistlik” göstərərək onların sağlamlığının qayğısına qaldıqlarını sübut etmək istəyirlər”.

Bunu Moden.az saytına millət vəkili Aydın Mirzəzadə girovluqda olan Şahbaz Quliyevin erməni həkimlər tərəfindən öd kisəsinin xroniki tutması diaqnozu ilə əməliyyat olunmasına münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, ailə üzvləri Şahbazdan çox narahatdır:

“Onun ailə üzvləri bildirir ki, bu müddət ərzində Şahbazın xarici görünüşü həddindən artıq dəyişib. Ona həbsxanada işgəncə verildiyi, normal həyat şəraitindən məhrum edildiyi elə xarici görünüşündən bilinir. İndi isə onun cərrahiyyə əməliyyatı edilməsi Azərbaycan ictimaiyyətini çox ciddi narahat edir”.

A.Mirzəzadə bildirib ki, ermənilərin bu yalançı “humanistliyinin” arxasında çox çirkin əməllər dayanır: “Öd kisəsindən əməliyyat olunduğunu yazsalar da, onun daxili orqanlarını kəsib götürə bilərlər, ya elə bir tibbi müdaxilə edərlər ki, müəyyən müddətdən sonra Şahbaz həyarını itirə bilər, yaxud tanınmaz hala düşər. Bir sözlə, ermənilərin bu saxta “humansitliyi” həddən artıq şübhəli və narahatedici görünür.

Əlbəttə Azərbaycan ictimaiyyəti bu məsələyə biganı deyil. Məsələ dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırılıb, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələyə münasibət bildirərək həm Şahbaz Quliyev, həm Dilqəm Əsgərovun qanunsuz həbsdən azad edilməsi tələbini irəli sürüblər. Və hazırda yayılan informasiya ermənilərin çox gizlin, eyni zamanda təhlükəli niyyətindən xəbər verir. Ümid etmək istərdim ki, mənim gümanlarım yalnışdır və həmin şəxslər tezliklə azadlıqda çıxacaq”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər.  Girov götürülərkən onlarla birgə olan digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun nəşi danışıqlardan sonra həmin oktyabr ayının 2-də Azərbaycana qaytarılıb və dəfn olunub. 

Girovluqda olan iki azərbaycanlıya qarşı cinayət işi açılıb. Separatçı rejimin “birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə “prokuror” Karen Qabrielyanın tələbinə əsasən, Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Rusiya mətbuatının yaydığı məlumata görə, Şahbaz Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatı edilib. Hazırda sağlamlığının normal olduğu bildirilib.

Gülşən RAUFQIZI


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi