Modern.az

Seçkiyə qatılan telejurnalist imza vərəqələri alıb

Seçkiyə qatılan telejurnalist imza vərəqələri alıb

22 Sentyabr 2010, 19:46

Tanınmış televiziya jurnalisti Sahib Alıyev parlament seçkilərinə 107 saylı Qazax seçki dairəsindən qatılıb. Modern.az MSK-nın mətbuat xidmətindən aldığı məlumata görə, telejurnalist marafonda iştirak etmək üçün sənədlərini artıq DSK-ya təqdim edib və imza vərəqlərini götürüb. S.Alıyev seçkilərdə bitərəf  olaraq qatılıb. O, "Lider" TV-də siyasi icmalçıdır.

Qeyd edək ki, bu dairədən daha bir jurnalist- "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının da namizədliyini irəli sürəcəyi gözlənilir.

Modern.az

   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu