Modern.az

ABŞ-ın keçmiş prezidenti Putinlə görüşünün detallarını AÇIQLADI

ABŞ-ın keçmiş prezidenti Putinlə görüşünün detallarını AÇIQLADI

30 Aprel 2015, 22:49

Moskvada 27-29 apreldə beynəlxalq “Ağsaqqallar Qrupu”nun nümayəndələri səfərdə olublar və onlar Rusiya prezidenti Vladimir Putinlə də görüşüblər.

Beynəlxalq “Ağsaqqallar Qrupu”nun üzvlərindən biri olan ABŞ-ın keçmiş prezidenti Cimmi Karter Kreml başçısı ilə apardıqları danışıqların təfərrüatı barədə danışıb.  

Modern.az saytının “Amerikanın səsi” radiosunun Rusiya xidmətinə istinadən verdiyi məlumata görə Cimmi Karter müsahibəsində Vladimir Putinlə görüşdə Ukrayna münaqişəsinin həlli ilə bağlı  “Normand dördlüyü” formatında qəbul edilmiş  Minsk razılaşması əsas müzakirə mövzusu olub.

Eks-prezidentdə yaranan qənaətə görə, Rusiya həqiqətən də bütün aspektlər üzrə Ukrayna böhranının nizama salınmasını istəyir.  

Sabiq dövlət başçısı bildirib ki, Qərb dairələri Ukraynaya silah göndərməkdən imtina etməlidir. “Mən çox istəyirəm ki, Ukraynaya silah verilməsi dayandırılsın. Ümdi edirəm ki, prezident Barak Obama Ukraynaya silah göndərməyəcək”,-deyə Cimmi Karter söyləyib.  

O qeyd edib ki, Rusiya lideri Vladimir Putin rəsmi Vaşinqtonun öz şəxsi maraqlarına görə  Avropa ölkələrinə təzyiq etməsi barədəki iddialara inanmır.  

“O yalnız əminliyini ifadə edib ki, ABŞ-la Avropa ölkələri arasında sıx konsultasiyalar aparılır. Amma Avropa ölkələrinin Moskvaya Qələbə paradına gəlməmələri onların özlərinin qərarıdır”.  

Ağ Evin keçmiş rəhbərinin fikrincə, Almaniya və Fransa ABŞ-dan asılı olmadan  Minsk razılaşmasının reallaşmasına təşəbbüs etdilər.  

Cimmi Karter ABŞ-ın 39-cu prezidentidir. O, 1977-1981-ci illərdə ABŞ-a rəhbərlik edib.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir