Modern.az

Sərkisyan ABŞ-a, sonra Rusiyaya gedəcək

Sərkisyan ABŞ-a, sonra Rusiyaya gedəcək

1 May 2015, 10:49


Ermənistan prezidenti Serj Sərkisyan mayın 7-də ABŞ-a, ardınca isə Rusiyaya səfər edəcək. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iqtidardakı Respublika Partiyasının mətbuat katibi və Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlamasında Sərksiyanın mayın 8-də Moskvada keçiriləcək Avrasiya İqtisadi Birliyinin Şurasında iştirak edəcəyini bildirib.
Daha sonra isə Sərkisyan faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı Moskvanın Qırmızı meydanında keçiriləcək paradda qonaq qismində iştirakçı olacaq.
Vitse-spiker ölkə prezidentinin bundan öncə, Amerikada erməni diasporunun təşkil edəcəyi “soyqırımı” tədbirlərində iştirak etmək üçün mayın 7-də Vaşinqtonda olacağını vurğulayıb.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir