Modern.az

Gürcüstanın yeni hökuməti və 3 yeni nazir - SİYAHI

Gürcüstanın yeni hökuməti və 3 yeni nazir - SİYAHI

1 May 2015, 12:19



Gürcüstan baş naziri İrakli Qaribaşvili bu gün Nazirlər Kabinetinin yeni üzvlərini təqdim edib. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, parlamentdə hökumətin yeni tərkibinin təsdiq olunması üçün səsvermə keçiriləcək.

2014-cü ilin iyul ayıda baş nazir İrakli Qaribaşvilinin başçılığı altında formalaşan hökumət aprelin 29-da sayca 7-ci nazirin - idman və gənclər naziri Levan Kipianinin istefa verməsi ilə istefaya göndərilib. Kipinaidən bir gün öncə ətraf mühit və təbii sərvətlər naziri Elquca Xokrişvili istefa vermişdi.

İrakli Qaribaşvilinin təklif etdiyi yeni Nazirlər Kabinetinin tərkibində idman və gənclər naziri olaraq “İberia Business Group” avtomobil holdinqinin prezidenti Tariel Xiçikaşvilinin, ətraf mühit və ekologiya naziri olaraq deputat Qiqla Aqulaşvilinin, müdafiə naziri postuna isə parlamentin avrointeqrasiya məsələləri üzrə komitəsinin sədri Tina Xidaşelinin namizədliyi təklif olunub.

Bununla yanaşı, Nazirlər Kabinetinin digər üzvlərinin öz postlarında qalması təklif olunur: iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, energetika və təbii sərvətlər naziri Kaxa Kaladze, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko, qaçqınlar və işğal olunmuş Gürcüstan torpaqlarını məcburən tərk edən köçkünlərlə iş üzrə nazir Sozar Subari, təhsil və elm naziri Tamara Sanikidze, kənd təsərrüfatı naziri Otar Daneliya, regional inkişaf və infrastruktur naziri Nodar Cavaxişvili, maliyyə naziri Nodar Xaduri, mədəniyyət və tarixi abidələrin qorunması naziri Mixail Qiorqadze, ədliyyə naziri Teya Çulukiani, xarici işlər naziri Tamara Beruçaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri, proborsiya və məhkəmə qərarlarının icrası naziri Georgi Mqebrişvili, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvili, Avropa və avroatlantik məkana inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze və diasporla iş üzrə dövlət naziri Gela Dumbadze.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi