Modern.az

Nepalda 105 yaşlı kişi 8 gün sonra xilas edildi

Nepalda 105 yaşlı kişi 8 gün sonra xilas edildi

Dünya

3 May 2015, 21:27


Nepalda xilasedicilər 105 yaşlı kişini zəlzələdən 8 gün sonra öz evinin dağıntıları alıtından xilas ediblər. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Kimtanq kəndində yaşayan Fançu Qeyl ətraflarından o qədər də ciddi olmayan xəsarət alıb. Onu orduya məxsus helikopterlə xəstəxanaya aparıblar. Bundan əlavə, mayın 3-də Siauli kəndində dağıntılar altından daha 3 nəfər xilas edilib.

Nepalda 7,9 bal gücündə zəlzələ aprelin 25-də baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 7 min insan həlak olub, 14 min insan yaralanıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir