Modern.az

Milli Məclis Türkiyə-Ermənistan razılaşmasını müzakirəyə çıxaracaq

Milli Məclis Türkiyə-Ermənistan razılaşmasını müzakirəyə çıxaracaq

12 Oktyabr 2009, 13:24

Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanmasına  və sərhədlərin açılmasına dair razılaşma protokollarının imzalanması məsələsi hazırda gündəmin əsas müzakirə mövzusudur.

Azərbaycanda bu məsələyə rəsmi münasibət artıq bildirilib. Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında deyilir ki, Ermənistan qosunları Azərbaycanın işğal olunmus torpaqlarından çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salir. Regionda bütün sərhədlərin və kommunikasiyalarn açılmasının vacibliyini nəzərə alaraq, Azərbaycan hesab edir ki, birtərəfli qaydada Türkiyə-Ermənistan sərhədlərinin açilmasi regional sülh və təhlükəsizlik arxitekturasıni sual altina qoyacaq.

Modern.az-ın Milli Məclisdən əldə etdiyi məlumata görə, yaxın günlərdə məsələ parlamentdə də müzakirəyə çıxarılacaq. Bu, Milli Məclisin oktyabrın 16-da keçiriləcək növbəti iclasında baş verəcək. İclasda parlament Türkiyə ilə Ermənistan arasında imzalanmış razılaşma protokollarına münasibətini ortaya qoyacaq. Milli Məclisin Türkiyə-Ermənistan protokollarına münasibətinin etiraz formasında olacağını indidən təxmin etmək olar. Çünki iclasdan öncə-oktyabrın 13-də Azərbaycan parlamentinin bir qrup deputatı Türkiyəyə qısa müddətli səfər edərək, orada razılaşma protokolları ilə bağlı görüşlər keçirib öz narahatlıqlarını ifadə edəcəklər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir