Modern.az

Keçmiş prezidentin vəzifəsindən sui-istifadə faktı üzə çıxdı

Keçmiş prezidentin vəzifəsindən sui-istifadə faktı üzə çıxdı

5 May 2015, 10:58

İranda yenidən siyasətə geri dönüşü ehtimal edilən keçmiş prezident Mahmud Əhmədinejatın vəzifəsindən sui-istifadəyə yol vermə faktı ortaya atılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, eks-prezidentin  köməkçisinin Əhmədinejata yazdığı məktubda sui-istifadə faktları üzə çıxıb. Bu məktuba əsasən, Əhmədinejatın köməkçisi Məhəmməd Rza Rəhiminin 1,3 milyon dollar məbləğində rüşvət alması və bu olaydan prezidentin də xəbərdar olduğu bildirilir. Sui-istifadə hallarının 2008-ci il parlament seçkiləri zamanı baş verdiyi ehtimal edilir. Lakin Əhmədinejat Rəhimin sui-istifadə hallarından həm onun, həm  də  hökumətin xəbərsiz olduğunu bəyan edib.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir