Modern.az

Sərkisyan bu gün ABŞ-a gedir

Sərkisyan bu gün ABŞ-a gedir

5 May 2015, 11:02


Ermənistan prezidenti Serj Sərkisyan bu gün ABŞ-a işgüzar səfərə gedəcək. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, iki günlük səfər zamanı onun Senatda, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşü nəzərdə tutulur. Bundan başqa, Sərkisyan “Vaşinqton Post” qəzetinin redaksiyasına gedərək nəşrin redaksiya şurası ilə görüşəcək. Onun Vaşinqtonda erməni təşkilatlarının və ABŞ-dakı erməni icmasının nümayəndələri ilə görüşü də planlaşdırılıb.

Ermənistan prezidenti mayın 8-də İkinci Dünya Müharibəsində qələbənin 70 illiyinə həsr olunan tədbirdə iştirak etmək üçün Moskvaya gələcək.   Modern.az   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?