Modern.az

Prezident Administrasiyasının avtomobili adam vurdu

Prezident Administrasiyasının avtomobili adam vurdu

6 May 2015, 13:59


Mayın 5-də axşam Moskvada Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunan velosiped yarışında yol qəzası baş verib. Modern.az Rusiya KİV-nə istinadın xəbər verir ki, hadisə “AMP” seriyalı dövlət nişanlı BMW Prezident Administrasiyasının binasından Qədim meydana doğru Maroseyki küçəsindən çıxarkən qeydə alınıb. Bu istiqamətə hərəkət bağlanıb, ancaq sürücü polisin tələbinə əhəmiyyət verməyərək velosipedçini vurub.

Bu zaman avtomobildə tanınmış diplomat və Prezident Administrasiyasının xarici siyasət üzrə idarəsinin rəhbəri Aleksandr Manjosin də olub. Hadisə yerinə dərhal yaxınlıqdakı təcili yardım briqadası gəlib, Müayinədən sonra velosipedçinin xəsarət almadığı məlum olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi