Modern.az

«Genefondun keşiyində» adlı aksiyaya başlanılıb

«Genefondun keşiyində» adlı aksiyaya başlanılıb

12 Oktyabr 2009, 14:13

“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi «Genofondun keşiyində» adlı tibbi yönümlü aksiyanın başlanması ilə bağlı tədbir keçirib.

Birliyin sədri Zərifə Quliyevanın sözlərinə görə, aksiyanın əsas məqsədi internat məktəbləri bitirən, yetkinlik yaşına çatan uşaqları tibbi müayinə ilə təmin etmək, onlar üçün gələcəkdə lazımi tibbi biliklər, müxtəlif xəstəliklərdən qorunma üsulları və vaxtında tibb müəssisələrinə müraciət etmək haqqında maarifləndirici təlimlərin təşkil edilməsidir. O, aksiyaya müxtəlif internat məktəblərini bitirən 70 yeniyetmənin cəlb olunduğunu bildirib: «Aksiyanın həyata keçirilməsində «Sağlam Ailə» Özəl Tibb Mərkəzi və «Nəsrəddin Tusi» adına  klinika yaxından iştirak edir. Adı çəkilən tibb ocaqları uşaqların terapevtik və dəri zöhrəvi xəstəliklərlə bağlı müayinəsini aparacaq. «Sağlam Ailə» klinikasında uşaqlar cinsi yolla keçə bilən xəstəliklər əleyhinə müayinə olunacaq. Bu klinika eyni zamanda xəstəliklərdən qorunma üsulları, klinikaların göstərəcəyi xidmətlərdən necə istifadə edə bilmək barədə təlimlər keçəcək».

Z.Quliyeva təlimdə iştirak edəcək yenuyetmələrin tibbi sığortalanması və güzəştli tibbi kartlarla təmin olunması içinin də  həyata keçiriləcəyini bildirib. Onun dediyinə görə, təlimə qatılan yeniyetmələr adları çəkilən kilnikaların dəstəyi ilə bir il ərzində  güzəştli müayinə və müalicə imkanından da yararlana biləcəjlər.

Aqil Lətifov

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir