Modern.az

Britaniyadakı seçkilərdə mühafizəkarlar qalib gəlir

Britaniyadakı seçkilərdə mühafizəkarlar qalib gəlir

8 May 2015, 11:06


Böyük Britaniyada keçirilən parlament seçkilərində iqtidardakı Mühafizıəkarlar Partiyası irəlidədir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, seçki öncəsi BBC telekanalının keçirdiyi “exit-poll”un nəticələrinə görə, mühafizəkarlar Nümayəndələr Palatasındakı 650 kürsüdən 316-sına sahib olacaqlar. Beləliklə, partiyanın sədri, Böyük Britaniyanın baş naziri Devid Kemeron Liberal-Demokratlar Partiyası ilə ittifaqa girərək yeni hökumət formalaşdıra biləcək.

İkinci yerdə gedən Leyboristlər Partiyası isə yalnız 239 kürsü əldə edə bilib. Məğlubiyyətə uğrayan Leyboristlər Partiyasının sədri Ed Milibendin yaxın saatlarda istefa verməsi gözlənilir. Britaniya parlamentində 3-cü ən böyük partiya isə Şotlandiya Milli Partiyası olacaq. 2010-cu il seçkilərində cəmi 6 yerlə təmsil olunan partiya son məlumatlara görə, 58 mandat qazanıb.

Seçkilərin yekun nəticələrinin günorta saatlarında elan olunması gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu