Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon və həyat yoldaşı Siranuş Arutunyana ABŞ-a getmək üçün viza verilməyib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, viza ilə bağlı müraciət olsa da, ABŞ-ın Ermənistandakı səfirliyi onlara viza verməkdən imtina edib.
“Jamanak” qəzetinin yazdığına görə, cütlük övladlarının doğulması ilə bağlı ABŞ-da yaşayarkən yerli qanunverciliyin icazə verdiyi müddətdən çox ölkədə qaldıqları üçün bu dəfə ABŞ-a buraxılmayıblar.
Məsələ ilə bağlı jurnalistlərdən biri Robert Köçəryanın müğənni gəlini Siranuş Arutunyana zəng edib. Telefonda jurnalistə acıqlanan müğənni bununla bağlı öz nümayəndəsinə müraciət edilməsini istəyib.
Modern.az