Modern.az

Bakıda yetim uşaqlar üçün 50 himayədar ailə seçiləcək

Bakıda yetim uşaqlar üçün 50 himayədar ailə seçiləcək

12 Oktyabr 2009, 14:53

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plana əsasən yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların ailədə yaşamaq hüququnu təmin etmək məqsədilə onlar üçün ailəni əvəz edən alternativ xidmətlərin (övladlıq, qəyyumluq və himayədarlıq, ailə tipli kiçik qrup evlər)  yaradılması nəzərdə tutulur.

Bu məqsədlə Təhsil Nazirliyi ilə Avstriyanın Hilfswerk təşkilatının birgə hazırladığı "Azərbaycanda himayədar ailə (foster) xidmətinin yaradılması" layihəsi Avropa Komissiyası tərəfindən qəbul edilib və onun həyata keçirilməsi üçün 640770 avro məbləğində vəsait ayrılıb. 

Modern.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılması mexanizmlərinin qurulmasıdır. Eyni zamanda layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşdirmə mexanizmləri hazırlanacaq. Bundan başqa, layihənin icra müddəti ərzində  himayədar ailə olmaq istəyi ilə müraciət edən namizədlər içərisindən 50 ailə seçilərək onlar üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Əzizbəyov rayonu ərazisindəki internat məktəblərində yaşayan və övladlığa verilməsi mümkün olmayan 50 nəfər uşaq seçiləcək.

Layihə çərçivəsində övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda uşaqların müəssisələrə düşməsinin qarşısını almaq, onların müdafiəsini həyata keçirmək  üçün 25 nəfər sosial işçinin hazırlanması da planlaşdırılır. Seçilmiş ailələr və uşaqlarla layihəyə cəlb ediləcək psixoloqlar və sosial işçilər ailə və uşaqların adaptasiyası üçün müvafiq işlər aparacaqlar. Bu məqsədlə "Hilfswerk" təşkilatının Şərqi Avropa və Qafqaz üzrə əlaqələndiricisi  pilot seçilmiş Əzizbəyov və Suraxanı rayonlarına səfər edib, internat məktəblərinə gedərək onlardakı mövcud şəraitlə tanış olub, müəssisələrin müəllim heyəti və rəhbərliyi ilə görüşlər keçirib. Üç müddəti əhatə edəcək layihənin sonunda himayədar ailələr assosiasiyası yaradılması planlaşdırılır.

 

 

Adəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər