«Həftə içi» qəzetinin müxbiri Əli İbrahimov (Zülfüqaroğlu) parlament seçkilərində iştirak etmək üçün namizədliyin irəli sürüb.
Modern.az-ın məlumatına görə, jurnalist namizədliyini 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən verib. O, sentyabrın 22-də imza vərəqələrini götürüb.
Qeyd edək ki, Əli İbrahimovun namizədliyini «Demokratiya bloku» dəstəkləyəcək. Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi olan Ə.İbrahimovun rəqibi millət vəkili Mixail Zabelindir.