Modern.az

Merkel Putinlə görüşdü, Kremli tənqid etdi

Merkel Putinlə görüşdü, Kremli tənqid etdi

Dünya

10 May 2015, 23:22


Mayın 10-da Almaniya kansleri Angela Merkel Moskvaya rəsmi səfər edib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Merkel prezident Vladimir Putinlə Kremldə naməlum əsgərin məzari üstünə əklil qoyub.
Daha sonra tərəflər arasında görüş oluv. Görüşdə əsasən Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunub.

Angela Merkel Krımın qanunsuz olaraq Rusiyaya birləşdirilməsini kəskin tənqid edib. O, jurnalistlər qarşısında çıxış edərkən deyib ki, Moskvanın hərəkətləri Rusiya ilə Qərb arasında münasibətlərə mənfi təsdir göstərib.

Angela Merkel Ukraynanın şərqində silahlı münaqişənin alovlanmasına və separatçılara dəstəyə görə də rəsmi Moskavaya etirazını bildirib.

Almaniya kansleri Kremlin rəhbərini Ukraynanın şərqindəki separatçılar arasında nüfuzundan istifadə edərək, onlara təsir göstərməyə və münaqişənin həllini sürətləndirməyə səsləyib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir