Modern.az

Çempionlar Liqasının finalını türk hakim idarə edə bilər

Çempionlar Liqasının finalını türk hakim idarə edə bilər

12 May 2015, 13:21


Türkiyənin ən nüfuzlu futbol hakimi Cüneyt Çakır 2014-15-ci il Çempionlar Liqasının Berlində keçiriləcək final matçının idarəçiliyinə ən real namizəd kimi göstərilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın bir sıra nüfuzlu idman nəşrləri də türk hakimi ən real namizəd kimi göstərirlər. Final oyunu üçün Çakıra ən güclü rəqib olacaq dörd hakimə yarımfinal oyunları tapşırılıb. UEFA-nın reqlamentinə əsasən? yarımfinal oyunlarını idarə edən hakimlər final oyununa təyinat ala bilməz. Odur ki, final oyunu üçün Cüneyt Çakırın yeganə güclü rəqibi Serbiyadan olan Milorad Mazicdir. 

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?