Modern.az

“Ermənistan Konstitutsiyasını dəyişdirməlidir”

“Ermənistan Konstitutsiyasını dəyişdirməlidir”

12 Oktyabr 2009, 15:53

Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanmasına  və sərhədlərin açılmasına dair razılaşma protokollardan sonrakı situasiya şərh olunmaqdadır.

Milli Məclisin deputatı Həvva Məmmədova Modern.az-a bildirib ki, məlum protokollar imzalanmayanadək Ermənistan Türkiyəyə qarşı 6 ərazi üzrə iddia irəli sürürdü. Lakin oktyabrın 10-da Sürixdə iki ölkə rəsmilərinin münasibətlərin nizamlanmasına dair protokolları imzalamasından sonra Ermənistan iddiasından geri çəkilib. H.Məmmədova deyib ki, məlum protokolun şərtlərinə görə Ermənistan və Türkiyə bir-birinin ərazisini rəsmən tanıyıb. Millət vəkilinin sözlərinə görə, razılaşma protokollarından sonra Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilməyə məcbur olan Ermənistan Konstitutsiyasında dəyişiklik etməlidir. Çünki, Ermənistanın müstəqillik aktında və konstitutsiyasında Türkiyə və Azərbaycanın ərazi bütövlükləri tanınmırdı. Türkiyə isə hələ ətən əsrin 90-cı illərin əvvəllərində Ermənistan dövlətini tanıyıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi