Modern.az

Deputatlığa iddialı 3 jurnalistdən xəbər var

Deputatlığa iddialı 3 jurnalistdən xəbər var

Media

25 Sentyabr 2010, 18:24

39 saylı Gəncə-Kəpəz Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Bizim Yol” qəzetinin əməkdaşı, Parlament Jurnalistlər Birliyinin üzvü Pərviz Həşimli Modern.az- açıqlamasında imza vərəqələrini DSK təqdim elədiyini bildirib.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Ekspress” qəzetinin əməkdaşı, Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan da imza vərəqələrini Dairə Seçki Komissiyasından götürüb və 500-dən yuxarı imza topladığını bildirib.

Müsavat Partiyasının 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, “Yeni Musavat” qəzetinin əməkdaşı, Parlament Jurnalistlər Birliyinin üzvü Elşad Paşasoy DSK-dan imza vərəqələrini alıb və  imza toplamağa başlayıb. Bu barədə saytımıza məlumatı E.Paşasoyun özü verib.

Mail Ağaxanov

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir