Modern.az

Obama Putinlə telefonla danışacaq

Obama Putinlə telefonla danışacaq

14 May 2015, 15:25


Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Barak Obamanın telefonla danışacaqlarını istisna etmir. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Peskov deyib ki, əgər liderlər diplomatik kanallar vasitəsilə razılığa gələrlərsə, zərurət yaranacağı təqdirdə onların telefonla danışması baş tuta bilər: “Ancaq hələ ki konkret razılaşma yoxdur. Dəfələrlə müxtəlif səviyyədə bəyan edilib ki, Moskva istənilən səviyyədə dialoqu alqıaşlayır”.

Barak Obamanın rəsmi nümayəndəsi Cjoş Ernest mayın 13-də keçirdiyi brifinqdə Rusiya və ABŞ prezidentlərinin telefonla əlaqə quracaqlarını istisna etməyib. “Dövlət katibi Con Kerrinin Rusiyaya səfərindən sonra Putinlə Obama arasına əlaqə planlaşdırılırmı” sualına Ernest belə cavab verib: “Mütləq ola bilər”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir