Modern.az

Nazim Məmmədov: “Mənə qarşı "qara piar" kampaniyası aparılır”

Nazim Məmmədov: “Mənə qarşı "qara piar" kampaniyası aparılır”

26 Sentyabr 2010, 16:35

Milli Məclisə seçkilərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülmüş deputat Nazim Məmmədov Yeni Aərbaycan Partiyasının rəhbərliyi tərəfindən hər hansı bir xəbərdarlıq almadığını bildirib. Modern.az saytına açıqlamasında millət vəkili namizədliyinin geri götürməklə bağlı YAP rəhbərliyi tərəfindən onunla  söhbət aparılmadığını deyib.

“Hakim partiya tərəfindən hər hansı təzyiqdən söhbət belə gedə bilməz. Çünki mənim namizədliyim hakim partiyanın siyahısının açıqlanmasına 3 gün qalmış təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Odur ki, əgər belə bir xəbərdarlıq varsa da, bu daha çox YAP-ın siyahısı açıqlandıqdan sonra namizədliyini vermiş şəxslərə aid edilə bilər. Bu günə qədər mənə partiyam tərəfədən namizədliyimi geri götürməklə bağlı heç bir təzyiq edilməyib”-deyə deputat bildirib.  

Bununla yanaşı, millət vəkili ona qarşı müəyyən şəxslərin “qara piar” kampaniyası aparmaq cəhdinin olduğunu bildirib. N. Məmmədov bəzi dairələrin ona qarşı apardığı belə kampaniyanı ucuz və mənasız iş hesab edir.

N.Məmmədovun sözlərinə görə, onun seçildiyi 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinə YAP-in vahid siyahısı ilə irəli sürülmüş deputat həmkarı Rafiq Məmmədhəsənovla münasibətləri yaxşı olub.

“YAP-ın siyahısı açıqlandıqdan sonra guman edirdim ki, Rafiq müəllim partiyanın rəhbərliyi ilə danışıb seçki dairəsini dəyişəcək.  Hələ də gec deyil və ümid edirəm ki, Rafiq müəllim digər həmkarları kimi praqmatik addım atacaq”.-deyə millət vəkili vurğulayıb.

Deputat həmkarının dediyi  “mən YAP-ın əsgəriyəm. Hara göndərsələr ora da gedirəm” sözlərinə Nazim Məmmədovun cavabı orjinal olub.
“İctimaiyyətə sirr deyil ki “YAP-ın əsgəriyəm” sözünü işlədənlər əksər hallarda hakimiyyətin resurslarından yararlanmaq məqsədi güdürlər. Hörmətli həmkarımın hərbi xidmətdə olub-olmadığını bilmirəm, amma mən əsgərliyimi çoxdan çəkib qurtarmışam.

Həmkarım hərbi terminlə danışdığına görə ona eyni terminlə cavab vermək məcburiyyətindəyəm. Hesab edirəm ki, hakim partiya böyük bir ordudur onun ali baş komandanı olan sədri, bir neçə generalı, zabit və coxsaylı əsgərləri var. Mən fəaliyyətim dövründə həmişə zabit olmağa calışmışam. Güman edirəm ki, bu gün bizim zabitlərə daha çox ehtiyacımız var. YAP-a əsgərlər yox, zabitlər lazımdı”-deyə deputat vurğulayıb. 

2005-ci il parlament seçkilərində onunla eyni dairədə şair Zəlimxan Yaqubun rəqib olduğunu deyən deputat qeyd edib ki, hakim partiya o zaman şairə dəstək versə də, Nazim Məmmədov millət vəkili seçilib. Onu ilk təbrik edən də elə Zəlimxan Yaqub olub.  Böyük şairə tezliklə şəfa arzulayan deputat qeyd etdi ki, Zəlimxan Yaqubun o zamankı hərəkəti şairi onun və seçicilərinin gözündə daha da yüksəldib.

“İndi hesab edirəm ki, Rafiq Məmmədhəsənov dairəmdə mənə rəqib kimi qalmaq istəsə, o zaman  o da məni təbrik etməli olacaq”-deyə N. Məmmədov  sonda vurğulayıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı