Modern.az

Əli Məsimli də seçki dairəsini dəyişdi

Əli Məsimli də seçki dairəsini dəyişdi

Parlament

27 Sentyabr 2010, 10:21

Milli Məclisin üzvü Əli Məsimli parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb və artıq DSK-dan imza vərəqələri götürüb.
Modern.az “Seçkilər” İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, Ə.Məsimli namizədliyini indi deputat olduğu dairədən -113 saylı Şəki şəhər seçki dairəsindən - irəli sürməyib. O da bəzi deputatlar kimi dairəsini dəyişib və 114 saylı Şəki kənd birinci seçki dairəsindən imza vərəqələri götürüb.
Qeyd edək ki, Ə.Məsumli ötən həftə saytımıza açıqlamasında demişdi ki, namizədliyini  indi deputat olduğu  113 saylı Şəki şəhər seçki dairəsindən irəli sürəcək.

Lakin 113-cü dairədən YAP-ın vahid namizədi kimi millət vəkili Yaqub Mahmudovun imza vərəqələri götürməsi görünür Ə.Məsimlinin qərarına təsir edib.
O da maraqlıdır ki, Y.Mahmudov hazırda Milli Məclisdə məhz 113 saylı Şəki şəhər seçki dairəsini təmsil edir. Deməli Y.Mahmudovla Ə.Məsimli dairələrini dəyişiblər.

114 saylı dairədə Əli Məsimlinin rəqibi YAP-ın vahid namizədi Rafiq Rəsulov olacaq. O, Azərbaycan Müəllimlər İnstitutunun Şəki şəhər filialının direktorudur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır