Modern.az

Bədəninə ən çox döymə etdirən qadın öldü

Bədəninə ən çox döymə etdirən qadın öldü

15 May 2015, 22:35


Böyük Britaniyada bədəninə ən çox döymə etdirən pensiyaçı qadın İzobel Varley dünyasını dəyişib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, 77 yaşında doğma şəhəri Stivenidc də vəfat edib. Britaniyalı qadın uzun müddət idi Alsqeymer xəstəliyindən əziyyət çəkirdi. Varley bədəninin 99 faizinə döymə etdirmişdi. Onun bu məharəti 1999-cu ildə Ginnesin rekordlar kitabına düşüb, britaniyalı dünyanın ən çox döymə etdirən pensiyaçısı kimi tanınırdı.

Varley ilk döyməsini 49 yaşı olanda etdirib. Onun bədəninə edilən döymələrə 500 saat vaxt sərf olunub. Pensiyaçı sonuncu döyməni 3 il əvvəl etdirmişdi.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər