Modern.az

Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürüb

Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürüb

Media

27 Sentyabr 2010, 10:53

7 noyabr parlament seçkilərinə qatılan şəxslər arasında jurnalistlərin sayı artmaqdadır. Modern.az-ın məlumatına görə, deputatlığa namizədliyini irəli sürən qələm sahiblərinin sırasına daha bir nəfər əlavə olunub. Jurnalist Araz Zeynalov 95 saylı Şəmkir şəhər seçki dairəsindən imza vərəqələri götürüb.

A.Zeynalov seçkilərdə Vətəndaş və İnkişaf Partiyası ilə Liberal Partiyanın birləşdiyi “İnsan naminə” blokunu təmsil edəcək.  

Araz Zeynalov 1998-ci ildən jurnalistika ilə məşğuldur. O, “Bu gün”, “Vətəndaş həmrəyliyi”, “Bakı-xəbər”, “Xalq Cəbhəsi” qəzetlərində işləyib. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) İdarə Heyətinin üzvüdür.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır