Modern.az

Əli Məsimli seçki dairəsini dəyişməyinin səbəbini açıqladı

Əli Məsimli seçki dairəsini dəyişməyinin səbəbini açıqladı

27 Sentyabr 2010, 12:49

Milli Məclisin üzvü Əli Məsimli parlament seçkilərində iştirak etmək üçün namizədliyini indi deputat olduğu 113 saylı Şəki şəhər seçki dairəsindən deyil, 114 saylı Şəki kənd birinci seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, Ə.Məsumli ötən həftə saytımıza açıqlamasında demişdi ki, namizədliyini  indi deputat olduğu  113 saylı Şəki şəhər seçki dairəsindən irəli sürəcək.

Ə.Məsimli Modern.az-a açıqlamasında indi deputat olduğu dairədən namizədliyini irəli sürməməsini səbəblərindən danışıb: “Burada birinci səbəb ağsaqqala hörmət məsələsidir. Bilirsiniz, Şəkinin spesifikası var. Məhz Şəkinin 2700 il tarixi olması da buradan qaynaqlanır. Xatirinizdədirsə, mən ötən parlament seçilərində bildirmişdim ki, türk dünyasının böyük oğlu Bəxtiyar Vahabzadə namizədliyini 113-dən versə, mən başqa dairəyə üz tutacam”.

Deputat deyib ki, Yaqub Mahmudov da böyük azərbaycanlıdır: “O, böyük alim, ermənilərin soyqırım siyasətini ifşa edən mütəxəssislərimizdəndir. Yaqub müəllim namizədliyini 113-cü dairədən irəli sürən zaman mən qərara gəldim ki, 114 saylı Şəki kənd birinci seçki dairəsindən irəli sürüm”.

Modern.az.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi