Modern.az

Deputatlığa iddialı jurnalist YAP-çı namizəddən MSK-ya şikayət edib

Deputatlığa iddialı jurnalist YAP-çı namizəddən MSK-ya şikayət edib

27 Sentyabr 2010, 16:47

«7 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərin təbliğat-təşviqat kampaniyasına xeyli vaxt qalmasına baxmayaraq, hakim partiyadan olan namizədlər seçki qanunvericilyinin tələblərini pozurlar». 

Bu sözləri Modern.az-a açıqlamasında AXCP-Müsavat seçki blokunun Gəncə 39 Saylı Kəpəz Seçki dairəsindən olan namizədi, jurnalist Pərviz Həşimli söyləyib. Onun sözlərinə görə, adıçəkilən dairədə YAP-ın namizədi olan Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev dövlət və müstəqil telekanallara müsahibə verərək, özünün təbliğatı ilə məşğul olub:

«Qanunvericiliyə tələblərinə uyğun olaraq, parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası gələn ayın 15-dən etibarən başlayır. Ancaq Xanlar Fətiyev telkanallara çıxaraq, rəhbəri olduğu zavodun guya 200 nəfərlik iş yeri açacağına dair məlumat verib. Bu namizədin qanunla müəyyən olunmayan qaydada təbliğatı deməkdir. Biz artıq MSK-ya və ATƏT-in Müşahidə Missiyasına şikayət hazırlayırıq».

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir