Modern.az

Deputat Nazim Məmmədov YAP İdarə Heyətinə müraciət etdi

Deputat Nazim Məmmədov YAP İdarə Heyətinə müraciət etdi

27 Sentyabr 2010, 23:50

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən namizədliyi qeydə alınan Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili bu gün qurumun idarə heyətinə məktubla müraciət edib.

Modern.az saytına açıqlamasında deputat deyib ki, müraciət namizəd olduğu dairədən iki YAP üzvünün olması ilə bağlıdır: “Bu məktubu İdarə Heyətinih hər bir üzvünə də göndərəcəm. Müraciəti zəruri edən xeyli məqam var. Yalnız onu deyə bilərəm ki, deputat həmkarım, mənim indi deputat olduğum dairədən namizədliyini irəli sürən Rafiq Məmmədhəsənova müraciətim cavabsız qaldığına görə bu cür addım atdım”.
N.Məmmədov məktubun məğzi barədə məlumat verməyib.

Xatırladaq ki, Milli Məclisə seçkilərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülmüş deputat Nazim Məmmədovun adı Yeni Azərbaycan Partiyasının vahid namizədlər siyahısına salınmayıb. YAP bu dairədən Tibb Universitetinin prorektoru, deputat Rafiq Məmmədhəsənovun namizədliyini verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər