Modern.az

Gülhüseyn Əhmədov Cəlal Əliyevin dairəsində: "DSK-dan imza vərəqlərini aldım"

Gülhüseyn Əhmədov Cəlal Əliyevin dairəsində: "DSK-dan imza vərəqlərini aldım"

27 Sentyabr 2010, 18:41

Millət vəkili Gülhüseyn Əhmədov nəhayət ki, seçki kampaniyasına qatılmaq qərarını verib. Deputat bu dəfə namizədliyini 62 saylı Saatlı seçki dairəsindən irəli sürüb. Modern.az “Seçkilər” İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, G.Əhmədov artıq imza vərəqələrini də götürüb.

Bu məlumatı Modern.az saytına açıqlamasında G.Əhmədovun özü də təsdiqləyib: "İmza vərəqlərini artıq götürdüm. Tezliklə imzatoplamanı yekunlaşdırıb DSK-ya təhvil verəcəyəm".

Qeyd edək ki, 2005-ci ildə keçirilmiş parlament seçkilərində Gülhüseyn Əhmədov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən YAP-ın namizədi kimi millət vəkili mandatı qazanıb. Amma builki seçkilərdə o, Yeni Azərbaycan Partiyasının elan etdiyi namizədlər siyahısından kənarda qalıb. YAP öz siyahısına akademik Cəlal Əliyevin adını sakıb.

Akademik C.Əliyev 2005-ci ildə məhz 62 saylı dairədən namizəd kimi seçkilərə qatılıb və mandat alıb. Lakin diqqətçəkən məsələ başqadır.
Bu günə qədər Cəlal Əliyev DSK-ya sənədlərini təqdim etmək üçün müraciət etməyib. Bu barədə məlumatı MSK-dan da təsdiqləyiblər. Bu isə akademikin seçkilərə qatılmayacağı, əvəzində Gülhüseyn Əhmədovu dəstəkləyəcəyi barədə müəyyən qənaətlərə yol açır.
G.Əhməddov özü də bir müddət öncə Modern.az-a demişdi ki, seçkilərdə C.Əliyevin təbliğatı ilə məşğul olacaq. Amma indiki situasiya göstərir ki, akademik namizədliyini verməyəcək.

Gülhüseyn Əhmədovun hazırda təmsil etdiyi 65 saylı dairədən qarşıdakı seçkilərdə YAPın vahid namizədi qismində Tibb Unversitetinin rektoru Əhliman Əmiraslanov çıxış edəcək.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir