Modern.az

Rusiyanın əlindən qaçan terrorçunu ABŞ məhv edib – TƏFƏRRÜAT

Rusiyanın əlindən qaçan  terrorçunu ABŞ məhv edib – TƏFƏRRÜAT

Dünya

21 May 2015, 10:15

İraqda “İslam dövləti” (İŞİD) terrorçu təşkilatının çeçen liderlərindən biri Aslan Siqauri (Salman Variev adı ilə tanınırdı-red) məhv edilib.

Modern.az saytının məlumatına görə, bu barədə Rusiya xüsusi xidmət orqanlarındakı mənbə “Rosbalt”a bildirib.

Mənbə qeyd edib ki, Aslan Siqauri bir ay bundan qabaq öldüyü bildirilsə də, bunu təsdiq edən sənəd olmayıb.   Məlumata görə çeçen lider 2015-ci ilin aprelində İŞİD-in Bayci şəhərində neft emal edən zavoda etdiyi hücumu zamanı ABŞ pilotsuz təyyarəsi onu zərərsizləşdirib.  

Aslan Siqauri 2008-ci ildə Moskvada əks-kəşfiyyatçılar tərəfindən həbs edilib. Məlum olub ki, o, Moskva Dövlət Universitetinin binasını partlamaq istəyib. Axtarışlar zamanı Aslan Siqauridən partlayıcı maddələr aşkarlanıb.  

Əvvəlcə Morodoviyadakı koloniyaya aparılan adıçəkilən terrorçu sonradan Çeçenistana köçürülüb. Lakin o, 2010-cu ildə həbsdən qaçıb.  

İŞİD-in lideri 2011-ci ildə Rusiya tərəfindən 52 ən təhlükəli terrorçusu siyahısına daxil edilib.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir