Modern.az

Bin Ladenin porno KOLLEKSİYASI

Bin Ladenin porno KOLLEKSİYASI

21 May 2015, 21:53


“Əl-Qaidə” terror təşkilatının öldürülən lideri Üsamə Bin Ladenlə bağlı yeni yeni məxfi məlumatlar ictimaiyyətin diqqətinə çatıdırılıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının yaydığı məlumatlarda Bin Ladenin porno kolleksiyasının olduğu bildirilib.  

Qeyd edilib ki, Bin Laden Pakistanda qaldığı evdə porno kolleksiyası yaradıb.   Bununla bağlı video da ələ keçirilib.  Amma, ABŞ Milli Təhlükəsizlik İdarəsi bu kadrların məxfi saxlanılacağını bəyan edib.  

Bundan əlavə, Bin Ladenin "Xaricdəki fəaliyyət barədə hesabat" adlı məktubu da yayımlanıb.

Burada Bin Laden qeyd edib ki, “Əl-Qaidə” üzvləri Rusiyadakı qaz xəttini, ABŞ-ın Moskvadakı səfirliyini hədəfə alaraq partlatmaq istəyib.   Bununla belə, Bin Laden etiraf edib ki, onun nəzarətində olan terrorçular hansısa bəxtsizlik səbəbindən məqsədlərinə nail ola bilməyib.    

2011-ci ilin may ayında Pakistanın Abbottabad bölgəsində ABŞ xüsusi təyinatlılarının apardığı əməliyyat zamanı Bin Laden məhv edilib.

Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi