Modern.az

Aydın Abbasov imzaları DSK-ya verib

Aydın Abbasov imzaları DSK-ya verib

28 Sentyabr 2010, 12:18

Milli Məclisin deputatı Aydın Abbasov Modern.az-a bildirib ki, o namizədliyini yenidən irəli sürdüyü 37 saylı Nizami (Gəncə) birinci seçki dairəsində imzatoplamanı yekunlaşdırıb və bu gün imzaları DSK-ya təqdim edib. 

Aydın Abbasov bildirib ki, o, bu dairədə seçicilərinin etimadını qazanıb və yenidən deputat olacağına inanır.  

Baş nazirin keçmiş müavini Abbas Abbasovun oğlu olan Aydın Abbasov Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Hazırda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir