Modern.az

YAP-ın iki vahid namziədi seçkiyə qatılmaqdan imtina etdi...

YAP-ın iki vahid namziədi seçkiyə qatılmaqdan imtina etdi...

Parlament

28 Sentyabr 2010, 14:07

Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbycan Partiyasının 34 saylı Xətai seçki dairəsi üzrə vahid namizədi kimi irəli sürülmüş Nərminə Hacıyeva namizədliyini bu dairəyə gəlmiş Gülər Əhmədovanın xeyrinə geri götürüb. Bu barədə millət vəkili G. Əhmədova Modern.az-a bildirib. O, deyib ki, artıq bu dairədən qeydiyyata alınıb. Xəbəri MSK-dan təsdiq ediblər.

Hakim pariyanın 107 saylı Qazax seçki dairəsindən irəli sürdüyü Polad Ağakişiyev də eyni addımı atıb. Partiya tapşırğı ilə Qazaxa göndərilən “Odlar Yurdu” Unversitetinin rektoru Əhməd Vəliyev bu dairədən YAP-ın yeni namzədi olub.

YAP-ın Qazax rayon təşkilatında təlimatçı Polad Ağakişiyev partiyadaşının xeyrinə bu dairədən imtina edib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?