Modern.az

Prezidentin şərəfinə qızıldan heykəl ucaldıldı

Prezidentin şərəfinə qızıldan heykəl ucaldıldı

Dünya

25 May 2015, 16:51

Türkmənistanın paytaxtı Aşqabadda prezident Qurbanqulu Berdımuhəmmədovun qızıl suyuna çəkilən heykəlinin açılışı olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Berdımuhəmmədov axaltəkin cinsindən olan atın üzərində təsvir olunub. 21 metr hündürlüyündə olan heykəl parlament tərəfindən “vətəndaşların çoxsaylı xahişi nəzərə alınaraq” ucaldılıb.

Heykələ “Arkadaq binası” (Arxa, hami heykəli) adı verilib. Bürünc abidəyə 24 karatlıq qızıl suyu çəkilib. Onun müəllifi Türkmənistanın xalq rəssamı Saraqt Babayevdir.

Bu, 2007-ci ildən hakimiyyətdə olan Berdımuhəmmədov üçün ucaldılan ilk heykəldir. Onun sələfi, “ömürlük prezident” səlahiyyətləri almış Saparmurad Niyazov ölkənin bir çox yerində özünə və valideynlərinə abidələr ucaltmışdı.


Vüqar İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı