Modern.az

JAM sədri türkiyəli diplomatla görüşüb

JAM sədri türkiyəli diplomatla görüşüb

Media

28 Sentyabr 2010, 18:47

Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Həbib Kaya ilə görüşüb.

Modern.az-ın məlumatına görə, JAM-ın qərargahında baş tutan görüşdə Türkiyə və Azərbaycan mətbuatı arasındakı əlaqələr müzakirə olunub. S.Verdizadə rəhbərlik etdiyi təşkilatın Türkiyənin aparıcı media qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Görüşdən məmnun qaldığını bildirən türkiyəli diplomat Azərbaycanın jurnalist təşkilatlarının və KİV redaksiyalarının rəhbərləri ilə müzakirələri davam etdirəcəyini qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi