Modern.az

Suriyada İŞİD-in 160-dan çox üzvü öldürüldü

Suriyada İŞİD-in 160-dan çox üzvü öldürüldü

26 May 2015, 12:06

Suriya rejiminə aid döyüş təyyarələri terror təşkilatı İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının ələ keçirdiyi qədim Palmira şəhərinə hava hücumları təşkil edib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar zamanı 160-dan çox İŞİD üzvü öldürülüb.

Suriya İnsan Haqları Təşkilatının yaydığı məlumatlara görə, hücumlar zamanı həmçinin 4 mülki vətəndaş da ölüb. Təşkilat İŞİD-in keçən həftə ələ keçirdiyi Palmira şəhərində 14 uşaq olmaqla ən azı 217 insanın edam edildiyini də yayıb.

Sevinc Yasinqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir