Modern.az

"Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi…"

"Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi…"

28 Sentyabr 2010, 19:00

Qənirə Paşayevanın yeni kitabı işıq üzü görüb


Modern.az
-ın məlumatına görə, sentyabrın 27-də millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın tərtib etdiyi "Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi.." adlı kitabının təqdimatı keçirilib.

Kitabda türk dünyasının böyük ictimai-siyasi xadmilərindən biri, Quzey Kıprız Türklərinin lideri, KKTC-nin ilk prezidenti Rauf Dektaşın uşaqlıq və gənclik illəri, onun ada türklərinin haqları uğrunda başladığı mübarizənən əks olunduğunu diqqətə çatdıran "525-ci qəzet" in baş redaktoru Rəşad Məcidin bildirdiyinə görə, millət vəkili Qənirə Paşayeva bu məlumatları jurnalistik  fəaliyyəti dövründə toplayıb:
"Qənirə Paşayevanın fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, onun bütün türk dünyasında jurnalist və millət vəkili kimi fəaliyyəti qürur doğurur. Kitabda bildirilir ki, Rauf Denktaş bütün ömrü boyu mübarizədə olub. Bu mübarizlik Qənirə Paşayevada da müşayət olunur".

Türk dünyasını bir yerdə görmək istəyən çoxlu sayda dahilərin olduğunu və bu istiqamətdə ömrü boyu mübarizə apardıqlarını deyən kitabın müəllifi Qənirə Paşayevanın sözlərinə görə, indi türk insanlarını bir yerə yığıb istənilən tədbiri keçirmək mümkündür. Bu yaxınlığı daha da dərinləşdirmək üçün türk dünyasının insanları bir-birlərini yaxından tanımalı, sevinc və kədərini paylaşmalı, bir-birlərinə dəstək olmalıdır. Millət vəkili qeyd etdi ki, TürkPa-nın Katibliyinin Azərbaycanda yerləşməsi qürurvericidir: "Biz nə qədər bir-birimizin yanında olacağıq, o qədər güclü olacağıq. Çünki düşüncələrdə birlik olmasa, mənəviyyatda da birlik ola bilməz".
Onun bildirdiyinə görə, kitabda Rauf Denktaşın siyasi-diplomatik çalışmaları, Barış hərəkatı ilə bağlı fikirləri, xatirələri, KKTS-nın dünəni, bu günü və sabahına yönəlik  düşüncələri, Türk dünyası dəyərləndirmələri ilə bağlı maraqlı bilgilər toplanıb, vahid sujet xətti üzrə kitablaşdırılıb:
"Mən peşəkar jurnalist fəaliyyətim dövründə dəfələrlə Kıprıs adasında olmuşam, həmin səfərlər çərçivəsində bir neçə dəfə Rauf Denktaşla görüşüb proqramlar hazırlamışam. Bu zaman Rauf Denktaşla səmimi söhbətlərim də olub. Bu kitabda həmin söhbətlər, və onun gəncləri aydınlaşdırmaq üçün verdiyi kitablardan geniş istifadə edilib".

Q.Paşayeva bildirib ki, kitab "Türk dünyasını tanıyaq, və tanıdaq" layihəsi çəiçivəsində hazırlanıb. Ona görə, kitab universitetlər və məktəblərdə pulsuz paylanacaq. Kitabın məsləhətçisi Quzey Kıpıs Türk Cumhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğlu bildirib ki, bu kitab türk dünyasının bir-birinə daha da yaxınlaşmasına kömək edəcək. Çünki kitabda Kıprız türk xalqının inamı, mübarizəsi və onun başında duran Rauf Denktaşın vətən haqqında düşüncələri əks olunub:
"Rauf Denktaşa həsr olunmuş çoxlu sayda kitablar var. Ancaq bu kitab onların ən önəmlisidir".

Rauf Dektaşın bir vətəndaş kimi ömrünü Kıprıs xalqının azadlığına həsr etdiyini diqqətə çatdıran Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıcın sözlərinə görə, onun mübarizə yolu kitabda konkret faktlarla verilib:
"Azərbaycan millət vəkilinin Rauf Denktaş haqqında belə gözəl kitab yazmasını yüksək qiymətləndirirəm. Çünki dünyada Kıprız Cumhuriyyətinə qarşı olduğu kimi Qarabağa da haqsız münasibət var. Türkiyə dövləti çətin günlərdə və bu gün də Kıprısın yanında olduğu kimi Qarabağ məsələsində də həmişə Azərbaycanın yanında olacaq".

Qənirə Paşayevanın türk millətinin birliyi naminə daim çalışdığını deyən millət vəkili, Tarix İnstitunun direktoru Yaqub Mahmudovun sözlərinə görə, o, gəncliyi bu istiqamətdə birləşməyə hazırlayır:
”Düşmən dövlətlər daim türk xalqlarını ayrı salmaq siyasəti yürüdüblər. Bunu çox incə üsullar, hətta insan hüquqlarının müdafiəsi adı altında həyata keçiriblər. Lakin Quzey Kıprısda vəhşilik törədiləndə Rauf Denktaş azadlıq hərəkatının başında durdu. Rauf Denktaş o siyasətçidir ki, Amerika siyasətçilərinin iç üzünü açdı və Kıprıs türklərini azadlıq uğrunda mübarizdə bir araya gətirə bildi".








Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir