Modern.az

Ən bahalı maşın sürən məşhurlar və onların qiymətli “oyuncaqları” - MARAQLI

Ən bahalı maşın sürən məşhurlar və onların qiymətli  “oyuncaqları” - MARAQLI

Dünya

26 May 2015, 23:52


Qardaş Türkiyədə biznes imkanları get-gedə inkişaf etsə də,  burada ən bahalı avtomobillərdən istifadə edənlərin siyahısına futbolçular və şou adamları başçılıq edir. Modern.az saytı Türkiyə mediasına istinadən ən bahalı avtomobillərdən istifadə edən tanınmışları təqdim edir:

Kvanç Tatlıtuğ – Film və seriallardakı baş rolların ifaçısının avtomobili “Porsche  911 Turbo”. Qiyməti 450 min avrodur.

Caner Erkin – “Fənərbaxça”nın yarımmüdafiəçisinin “Lamborghini” markalı avtomobili də aktyorun maşınından ucuz deyil. Amma ulduz futbolçu maşının ikinci əl avtomobil olduğunu deyir.

Cem Yılmaz - Məşhur komediya ustası özünün maşın kolleksiyasına yaxın zamanda “Bentley Continental GT” avtomobilini də əllavə edib.  Avtomobilin qiyməti 258 min dollardır.

Hidayət Türkoğlu - Məşhur basketbolçunun da avtomobilinin markası “Bentley”dir. NBA-da çıxış edən türk “Bentley Continental”a ən azı Cem Yılmaz qədər pul xərcləyib.

Tarkan - Türkiyənin dünyada ən çox tanınan müğənnilərindən biri olan Tarkan 117 min avroluq  “Chevrolet Tahoe Hybrid”dən istifadə edir.

Arda Turan - Türkiyə futbolununu Avropada ən yaxşı təmsil edən Arda elə öz sərgilədiyi futbola uyğun da avtomobil sürür. Onun istifadə etdiyi “Aston Martin” markalı avtomobilin bir neçə çeşidləri var. Ən əsası budur ki, bu maşınların qiyməti 190 min avrodan başlayır və 410 min avroya qədər davam edir.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir