Modern.az

Modern.az-ın sualı - Deputat seçilsəniz, parlamentdə ilk təklifiniz nə olacaq?

Modern.az-ın sualı - Deputat seçilsəniz, parlamentdə ilk təklifiniz nə olacaq?

29 Sentyabr 2010, 14:29

Modern.az parlament seçkilərində deputatlığa namizədliyini irəli sürən şəxslərlə bağlı yeni layihəyə başlayıb. Bu layihə çərçivəsində biz seçki kampaniyasına qoşulan tanınan və tanınmayan namizədlərin deputat seçiləcəkləri təqdirdə parlamentdə qaldıracaqları ilk məsələnin nə olacağını soruşuruq.
Beləliklə, “deputat seçiləcəyiniz təqdirdə parlamentdə ilk olaraq hansı məsələni qaldırmaq istərdiniz?”.

Azər Həsrət – 34 saylı Xətai ikinci seçki dairəsindən namizədliyini irəli sürüb:

- Milli Məclisə seçiləcəyim təqdirdə hər şeydən öncə e-hökumət qurulmasının ən qısa zamanda başa çatdırılması, MİS-lərin (“JEK”) ləğv edilərək səlahiyyətlərinin bələdiyyələrə verilməsi, bələdiyyələrin birləşdirilməsi yoluyla böyüdülməsi məsələsini qaldıracağam. Bundan başqa, Bakıda su məsələsinin kökündən həlli üçün beş illik planın qəbulunu təklif edəcəyəm. Gənclərin məşğulluğu üçün klub, dərnək və s. məsələlərdən daha geniş istifadəni təşviq etməklə bağlı fəal iş aparmaq niyyətindəyəm.
Beynəlxalq məsələlər üzrə də bir sıra təkliflərim olacaq. Türk birliyinin qurulması üçün Azərbaycanın bütün təşəbbüsləri daha çevik bir şəkildə üzərinə götürməsi üçün, ortaq türk əlifbası, ardından da ortaq türk dili məsələlərində çevik addımların atılması üçün səylərimi göstərcəyəm. Siyasi məhbus kimi qələmə verilən bütün məhbusların azad edilməsini istəyərəm.

Elşad Paşasoy – 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə namizədliyini irəli sürüb:

- Mən parlamentə seçilə bilsəm, ilk olaraq Qarabağ məsələsini qaldıracağam.  Məsələnin həlli üçün konkret həll planın açıqlanması üçün addımlar atılması məsələsini qoyacağam.
Bundan başqa, əhalinin sosial porobleminin həlli üçün zəruri addımlar atılmasına çalışacağam.  Hədəfimdə olan əsas məsələlərdən biri tələbələrin sosial problemlərini Milli Məclisin diqqətinə çatdırmaqdır. Mən tələbələrin təqaüdlərin artırılması üçün təkliflərimi səsləndirəcəyəm. Eyni zamanda, təqaüdçülərin pullarının, müəllim və həkimlərin maaşlarının artırılması istiqamətində fəal işləyəcəyəm. Batmış əmanətlərin qaytarılması da prioritetdir. Hesab edirəm ki, vətəndaşların banklarda qalan əmanətləri ilə bağlı məsələyə son qoymaq lazımdır. Mənə səs vermiş seçicilərimin sosial problemlərini operativ şəkildə həll etməyə çalışacağam.

Samir Əsədli- Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 64 saylı Sabirabad ikinci seçki dairəsindən namizəd kimi irəli sürülüb:

- Mən Milli Məclisə seçilsəm ilk öncə namizəd olduğum 64 saylı Sabirabad ərazisindəki acinacaqlı vəziyyətlə bağlı məsələni gündəmə gətirəcəyəm.
Kür çayının daşmasından sonra bu fəlakətdən əziyyət çəkən insanların bütün sosial problemləninin həlli üçün calişacağam. Təbii ki, gənclərin sosial problemləri, tələbələrin yaşam vəziyyəti, pensiya siyasəti, Qarabağ problemi diqqətimdə olacaq. İlk səsləndircəyim təkliflərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı, SSRİ-nin zamanında isə digər torpaqların Ermənistana verməsi ilə bağlı qərarlarının ləğvi və ordan qovulan əhalinin geri qaytarılması ilə bağlı olacaq. Eyni zamanda siyasi partiyaların dövlətdən maliyyələşdirilməsi məsələsi də diqqətimdə olacaq.

Aydın Xan -36 saylı Xətai dördüncü seçki dairəsindən namizdliyi irəli sürülüb:

- Milli Məclisə seçilsəm, ölkədə “mədəni və intellektual inkişaf” Konsepsiyasının qəbul olunmasına çalışacağam. Bundan irəli gələn təkliflər mühümdür. Bura elmi və intellektual kəsimə  dövlət hesabına mənzillərin verilməsi, elmi təqaüdlərin ayrılması daxildir. Bundan başqa, seçkilərin virtual şəkildə keçirilməsi ilə bağlı təklifim var. Azərbaycanın Avropaya inteqrasiyası üçün çalışacağam.  Mənə səs vermiş insanların problemlərini qaldıracağam. Məmur özbaşınalıqlarına qarşı parlamentdə danışacağam.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi