Modern.az

ABŞ-da terror törədən çeçenin edam ediləcəyi tarix açıqlandı

ABŞ-da terror törədən çeçenin edam ediləcəyi tarix açıqlandı

29 May 2015, 12:43

Boston Marafonuna hücum təşkil etdiyi səbəbi ilə ölüm cəzasına məhkum edilən Cövhər Tsarnaevin iyunun 24-də edam edilməsinə qərar verilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 2013-cü ildə Boston Marafonuna təşkil edilən bombalı hücumdakı rolu səbəbi ilə günahkar bilinərək aprel ayında barəsində ölüm hökmü çıxarılan çeçen milliyyətindən olan Tsarnaevin zəhərli iynə üsulu ilə iyunun 24-də saat 09:30da Bostonda edam edilməsinə qərar verilib.

Polisin müdaxiləsi əsnasında öldürülən böyük qardaşı Tamerlən Tsarnaev ilə birlikdə 2013-cü ildə Boston Marafonuna təşkil edilən bombalı hücumda 3 adamın ölümünə, 260 adamın yaralanmasına səbəb olan Cövhər Tsarnaev aprel ayında çıxarıldığı məhkəmədə 30 ayrı iddianın hamısında günahkar bilinib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu