Modern.az

Ermənistan əsgəri öldü

Ermənistan əsgəri öldü

Dünya

29 May 2015, 16:50

Ermənistanın Ararat vilayətinin Noramarq kəndində 19 yaşlı əsgər, xərçəng xəstəliyinə tutulan milliyyətcə yezid Xdr Saroyan ölüb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə Xdr Yerevan Dövlət Universitetinin teologiya fakültəsinin birinci kurs tələbəsi olub.

O, bu il yanvarın 12-də hərbi xidmətə çağırılıb. Andiçmə mərasimindən sonra özünü pis hiss edib, hərarəti yüksəlib. Daha sonra uzun müddət hospitalda müalicə olunan əsgər bu gün ölüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub