Modern.az

Rusiyada 4 müttəhim intihara cəhd etdi - biri azərbaycanlıdır

Rusiyada 4 müttəhim intihara cəhd etdi - biri azərbaycanlıdır

29 May 2015, 23:09


Mordoviya Respublikasında mühakimə olunan 4 müttəhim məhkəmə zalında intihara cəhd edib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Yelnikovski rayon Məhkəməsində məhkəmə iclası zamanı quldurluqda və qanunsuz silah dövriyyəsində ittiham olunan müttəhimlər eynəyin şüşəsi ilə qollarını doğrayıblar. İntihara cəhddən əvvəl Rostislav Nalivayko, Maksim Şerbakov, Aleksey Lukanin və Nadir Məmmədov prokuroru şəristəsizlikdə və məhkəmə prosesinin uzanmasında maraqlı olmaqda günahlandırıblar.

Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, müttəhimlərin niyyətlərini sona qədər reallaşdırmasına imkan verilməyib və onlara yubanmadan tibbi yardım göstərilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər