Modern.az

Saakaşvili Ukraynada qubernator təyin edilir

Saakaşvili Ukraynada qubernator təyin edilir

Dünya

30 May 2015, 00:51


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın Odessa şəhərinin qubernatoru təyin oluna bilər.

Modern.az saytı xəbər verir ki, bu barədə Ukraynanın ekologiya və təbii sərvətlər naziri İqor Şevçenko Facebook-da məlumat yayıb. O, bildirib ki, Ukrayna Nazirlər Kabinetibununla bağlı təklifi president Pyotr Poroşenkoya təqdim edib.

“İnterfaks” egentlyi Saakaşvili ilə bağlı təyinatın hələ rəsmən təsdiqlənmədiyini bildirib.

Xatırladaq ki, Gürcüstan hökuməti sabiq prezident Saakaşvili barəsində səlahiyyətlərindən su-istifadəyə görə cinayət işi açaraq, onu beynəlxalq axtarışa verib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir