Modern.az

“Türkdilli xalqların diasporları” kitabı işıq üzü görüb

“Türkdilli xalqların diasporları”  kitabı işıq üzü görüb

30 Sentyabr 2010, 10:58

Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı Zaur Əliyevin müəllif oldğu “Türkdilli xalqların diasporları”  kitabı işıq üzü görüb.

Modern.az-ın məlumatına görə, kitabda türkdilli xalqların diasporları, onların  məskunlaşma coğrafiyası, tarixi, təşkilati strukturu, müasir durumu ilə bağlı məlumatlar toplanıb.  Nəşrdə türkdilli dövlətlərin xarici siyasətinin formalaşmasında, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor amilinin rolunu əks etdirən məqamlara da toxunulub. Kitab türkdilli xalqların tarixini və diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub.

Diaspor və beynəlxalq münasbətlərin digər istiqamətləri üzrə Azərbaycanda və dünyanın bir neçə ölkəsibdə 50-dən çox məqaləsi dərc edilən müəllif 1976-cı ildə Ağdam rayonunda anadan olub. Bakı  Dövlət Universitetinin  “Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq” fakültəsinin bakalavr və magistr təhsil pillələrin bitirib. Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktoranturasında təhsil alıb.

  “Beynəlxalq münasibətlərdə diasporların rolu” - Bakı: Nurlan, 2001, 150s”, “Dünya diasporları” - Bakı: Qismət, 2005,349 s”  və “Diaspor: İzahlı Sözlük və Məlumat Kitabı” Bakı: Yazıçı, 2007, 308 s.” kitablarının müəllifidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı