Modern.az

Milli Məclisdə qızıl davası....

Milli Məclisdə qızıl davası....

30 Sentyabr 2010, 13:17


Milli Məclisdə Azərbaycanın qızıl ehtiyatının araşdırılması ilə bağlı dövlət komissiyasının yaradılması ilə barədə deputat Pənah Hüseynin təklifi hakim partiyahın deputatları tərəfindən narazılıqla qarşılanıb.
Modern.az xəbər verir ki, parlamentin vitse-spikeri Ziyafət Əsgərov  bu məsələnin araşdırılması zamanı 1992-ci ildə hakimiyyətdə olmuş, indi isə deputat mandatı daşıyan şəxslər üçün pis aqibət gətirəcəyini deyib.
“Lap yaxşı, qoy komissiya yaradılsın. Amma bu komissiya yaradılsa, Pənah Hüseynin vəziyyəti pis olacaq”- deyə o, vurğulayıb.
YAP-çı deputat Əli Əhmədov və Siyavuş Novruzov da müxalifətin belə təkliflərini yersiz adlandırıblar. Onlar deyiblər, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə qızıl ehtiyatı olmayıb.
“Ölkənin qiymətli məmulatlar ehtiyatı boşaldılmışdı. Odur ki, belə bir komisiya yaradılsa nəticəsi o zamankı hakimiyyət komandası üçün pis nəticələr verə bilər. Onda gərək bir neçə deputat məsuliyyətə cəlb edilsin ”.

Qeyd edək ki, Milli Məclisin bu günkü iclasında müxalifətdən olan millət vəkili Pənah Hüseyn Azərbaycanın maliyyə naziri Samir Şərifovun bir neçə gün öncə  Azərbaycanın qızıl ehtiyatı ilə bağlı açıqladığı rəqəmlərin araşdırılması üçün komissiya yaradılmasını təklif edib.
Deputat  bildirib ki, 1992-ci ildə indi deyiləndən qat-qat artıq qızıl olub.

P. Hüseyn bu 10 il ərzində qızıl ehtiyatının azaldığını qeyd edərək buna maliyyə nazirinin açıqlıq gətirməsini istəyib.
“Hanı yoxa cıxan qızıllar, cənab Şərifov?”-deyə sual edən millət vəkili bu məsələnin parlamnetin müzakirəsyə çıxarılmasını təklif edib.

Maliyyə naziri Samir Şərifov ölkənin 99,5 kq həcmində qızıl ehtiyatının olduğunu deyib. S.Şərifovun sözlərinə görə, yaxın vaxtda bu miqdara daha 100 kq əlavə olunacaq, ilin sonuna kimi qızıl ehtiyatların həcmi yenidən artırılacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır