Modern.az

Cəlal Əliyev proqnozları alt-üst etdi...

Cəlal Əliyev proqnozları alt-üst etdi...

30 Sentyabr 2010, 14:11

Akademikin rəqibi Gülhüseyn Əhmədov "namizədliyimi geri götürəcəyəm" dedi

Akademik, Milli Məclisin deputatı Cəlal Əliyev parlamentə keçirilən seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. Modern.az MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə istinadən məlimat verir ki, C. Əliyev 62 saylı Saatlı seçki dirəsindən namizəd kimi imza vərəqlərini götürüb. Akademik bu gün imza vərəqələrini DSK-ya təqdim edib. Millət vəkili hakim partiyanın siyahısında adı olan namizəd kimi YAP tərəfindən seçkilərdə dəstəklənəcək.

Qeyd edək ki. Milli Məclisin bu gün keçirilən iclasında akademik iştirak etməyib.
62 saylı Saatlı seçki dirəsindən namizədliyini irəli sürən deputat Gülhüseyn Əhmədov Modern.az saytına eksküliziv açıqlamasında deyib ki. namizədliyini geri götürəcək.

Buna qədər bəzi siyasi müşahidəçilər Cəlal Əliyevin seçkilərə getməyəcəyini bildiridilər. Onların qənaətincə, G.Əhmədovun namizədliyi buna görə irəli sürülüb və onun akademikin əvəzinə deputat seçilməsi hakimiyyətlə razılaşdırılıb. Amma C.Əliyev hələ ki proqnozları alt-üst edir.

Cəlal Əliev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan MilliElmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. «İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1962-ci ildən laboratoriya müdiri vəzifələrində çalışıb. 1971-ci ildən Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, 1976-cı ildən laboratoriya müdiri, şöbə müdiri, 1981-ci ildən Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub. Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. 1 övladı var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub