Modern.az

Murtuz Ələsgərov sağ-salamatdı: eks-spiker parlamentin iclasına qatılıb

Murtuz Ələsgərov sağ-salamatdı: eks-spiker parlamentin iclasına qatılıb

30 Sentyabr 2010, 14:45

Modern.az parlamentdən bildirir ki, Milli Məclisin bu gün başlayan payız sessiyasının işinə parlamentin ən qocaman deputatlarından olan Murtuz Ələsgərov da qatılıb. Bir neçə gün bundan əvvəl keçmiş spiker 82 yaşını qeyd edib. Bir sıra KİV-lərdə M.Ələsgərovun səhhətinin ağır olması, komaya düşməsi ilə bağlı məlumatlar yayılmışdı. Eks-spikerin parlamentin işində iştirakı bu xəbərlərin əsaslı olmadığını göstərir.

Hüquq professoru, Milli Məclisin kecmiş sədri Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. «İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. MDB-nin «Sodrujestvo» ordeninə və Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülüb.

1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiridir. Yeni Azərbaycan Partiyası sədrinin müavinidir.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş M. Ələsgərov 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin Sədri vəzifəsində çalışib.

O, 15 ildir ki deputat mandatı daşıyır.
Yeni Azərbaycan Partiyası növbəti seçkilərdə iştirak edəcək vahid namizədlər siyahısına onun adını salmayıb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər