Modern.az

Azərbaycan hökuməti Flora Kərimovaya 59 min avro ödəməlidir

Azərbaycan hökuməti Flora Kərimovaya 59 min avro ödəməlidir

30 Sentyabr 2010, 16:31

Avropa İnsan Haqları Məhkəməsi xalq artisti Flora Kərimovanın  iddiasını təmin edib. Bu barədə “var.az” saytı müğənnin vəkili Fuad Ağayevə istinadən məlumat verib. Qərara görə, Azərbaycan hökuməti zərərçəkənə 59 min 100 avro cərimə ödəməlidir. Məbləğin 7 500-ü mənəvi zərərə, 1 600 avro isə çəkdiyi xərclərə görədir. Məlumat Avropa İnsan Haqları Məhkəməsinin rəsmi saytında dərc olunub.

Cəriməyə səbəb sənətçinin 5 il bundan öncə parlament seçkiləri zamanı hüququnun tapdanmasıdır. Ötən parlament seçkilərində “Azadlıq” siyasi partiyalar blokunun 42 saylı Sumqayıt 1-ci seçki dairəsindən F.Kərimovanın deputatlığa namizədliyi irəli sürülmüşdü. F.Kərimova 35 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə görə qalib gələrək DSK-nın yekun protokolu ilə deputat seçilsə də, MSK-nın iclasında bilə-bilə düzgün məruzə edilməmiş və nəticə etibarsız hesab edilmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir