Modern.az

Deputatlığa iddialı jurnalist imza vərəqələrini DSK-ya təhvil verib

Deputatlığa iddialı jurnalist imza vərəqələrini DSK-ya təhvil verib

30 Sentyabr 2010, 19:47

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Ekspress” qəzetinin əməkdaşı, Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan imza vərəqələrini artıq Dairə Seçki Komissiyasına təhvil verib. Modern.az-a açıqlamasında Aqil Aslan bildirib ki, o, Goranboy, Ağdam və Tərtər sakinlərindən ümumilikdə 550 imza toplayıb.
Qanunvericiliyə görə, DSK yaxın bir neçə gündə jurnalistin deputatlığa namizəd olub-olmadığını təsdiqləməlidir.

Xatırladaq ki, 97 saylı dairədən YAP-ın vahid namizədi İnşaat və Memarlıq Universitetinin rektoru Gülçöhrə Məmmədovadır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir