«Glamour Model Agency» agentliyinin və «SR Group Production» prodüser mərkəzinin təşkilatçılığı ilə Аzərbaycanda «Miss & Mister Azerbaijan 2009» gözəllik müsabiqəsi keçiriləcək.
«Glamour Model Agency» agentliyinin məlumatına görə, oktyabrın sonunda başlanacaq müsabiqə yüksək səviyyədə təşkil ediləcək, telekanallarda və mətbuatda geniş işıqlandırılacaq. Qaliblər beynəlxalq gözəllik müsabiqələrinə göndəriləcəklər.