Modern.az

Aqil Aslan deputatlığa namizədliyi qeydə alınan ilk jurnalist oldu

Aqil Aslan deputatlığa namizədliyi qeydə alınan ilk jurnalist oldu

2 Oktyabr 2010, 11:49

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş “Ekspress” qəzetinin əməkdaşı, Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan deputatlığa namizədliyi qeydə alınan il jurnalist oldu.
Dairə Seçki Komissiyası bu gün Aqil Aslanı deputatlığa namizəd kimi qeydə alıb. Modern.az-a açıqlamasında Aqil Aslan bildirib ki, o, Goranboy, Ağdam və Tərtər sakinlərindən ümumilikdə 550 imza toplamışdı və DSK imzaların hamısını etibarlı sayıb.

Qeyd edək ki, Aqil Aslan 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa ən iddialı və şanslı namizəd sayılır. Həmkarımızın bu ərazidə doğulub boya-başa çatması, jurnalist fəailiyyəti dövründə bölgənin problemlərini daim diqqətdə saxlaması, onları mütəmadi olaraq mətbuatda işıqlandırması yerli sakinlərin ona etimadını artırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub